BAKI, 25 fevral. TELEQRAF

2024-cü il ərzində Mərkəzi Asiya regionundan Azərbaycana səfər sayı 180,528 nəfər təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 34%-dən çox artımdır.

Bu barədə Teleqraf-a Dövlət Turizm Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, “Azərbaycan Hava Yolları” (AZAL), “Air Astana”, “FlyArystan” və “Uzbekistan Airways”in Bakı ilə Almatı, Astana, Aktau, Daşkənd və Düşənbə arasında yerinə yetirdiyi birbaşa aviareyslər qarşılıqlı ziyarətçi sayının artırır və ölkələrarası əlaqələri gücləndirir.