DAŞKƏSƏN, 25 fevral. TELEQRAF

Daşkəsən rayonunda 40-a yaxın həkim çatışmır.

Bu barədə Teleqraf-ın yerli bürosuna Daşkəsən Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mirzəkərim Tağıyev məlumat verib.

Onun sözlərinə görə, çatışmayan həkimlər əsasən travmatoloq, cərrah, kardioloq, terapevt və digər ixtisasları əhatə edir.

Yaranan vəziyyətlə bağlı Tibbi Ərazi İdarəetmə Birliyi və Səhiyyə Nazirliyinə də rəsmi məlumat verilib.