
BAKI, 25 fevral. TELEQRAF
Xəzər Dəniz Gəmiçiliyinə (ASCO) məxsus “Aydın Məmmədov” kran gəmisinin əsaslı təmiri “Bibiheybət” Gəmi Təmiri Zavodunda tamamlanıb.
Teleqraf xəbər verir ki, təmir zamanı 40 ton yükqaldırma qabiliyyətinə malik kran, baş və köməkçi mühərriklər, nasoslar, boru sistemləri sazlanıb, elektrik idarəetmə və qorunma sistemləri yenilənib. Fekal-çirkab su çəni, INMARSAT sisteminin nasaz printeri yenisi ilə əvəz edilib, VHF qəza radiostansiyaları quraşdırılıb.
Bundan başqa, gəminin gövdəsinin zədələnmiş hissələri dəyişdirilib, avar-sükan qurğuları və digər mühüm hissələr təmir olunub. Dənizçilərin yaşayış otaqları, sanitar qovşaqlar və yeməkxanada yenidənqurma işləri aparılıb. Təmir sonrası gəmi dəniz sınağından uğurla keçərək yenidən istismara qaytarılıb.