BAKI, 26 fevral. TELEQRAF

"Sosial xidmətə ehtiyacı olan insanlar Sosial Xidmətlər Agentliyinə müraciət etməlidirlər".

Teleqraf xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.

Nazirlik rəsmisi bildirib ki, həmin insanları bu yolla müəyyənləşdirmək olar:

"Sosial işçi 10 iş gün ərzində məsələ ilə bağlı hesabat hazırlamalıdır və əlavə 5 iş günü ərzində fərdi plan tərtib edilməlidir. Qüvvədə olan qanunda bu müddət 1 aydır".