BAKI, 24 fevral. TELEQRAF

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2024-cü il ərzində dövlət əmlakının icarəsindən büdcəyə 37,6 milyon manat vəsaitin ödənilməsi təmin edilib.

Teleqraf xəbər verir ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 20 faiz artım deməkdir.

Xidmətin yaydığı məlumatda deyilir ki, 2024-cü il ərzində qeyri-yaşayış sahəsinə dair 646 yeni icarə müqaviləsi bağlanılıb: “Bu dövrdə qeyri-yaşayış sahələrinin icarəsindən dövlət büdcəsinə 7,3 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Eyni zamanda, ötən il ərzində dövlət mülkiyyətində olan torpaq sahəsinə dair 3.453 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövründə torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə 30,3 milyon manat məbləğində vəsait ödənilib.

Ümumilikdə qeyri-yaşayış və torpaq sahələrinin icarəyə verilməsi ilə bağlı 2024-cü il ərzində 4.099 yeni icarə müqaviləsi bağlanılıb. 2023-cü ilin eyni dövrü ilə müqayisədə bağlanan müqavilələrin sayı 15 faiz artıb”.