
TBİLİSİ, 25 fevral. TELEQRAF
“2022-ci ildə Gürcüstanın Rusiyaya qarşı sanksiyaların tətbiqindən imtina etməsi tarixi qərar olub”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.
Baş nazir bildirib ki, həmin qərar Gürcüstanın ikinci cəbhəyə çevrilməməsi üçün həlledici rol oynayıb.
“O zaman Gürcüstanın Ukraynadakı münaqişəyə cəlb edilməsi üçün birbaşa eskalasiya cəhdi oldu. Üç il öncəki qərarımız prinsipial idi. Belə ki, sanksiyalara qoşulsaydıq, Gürcüstanı iqtisadi çöküş gözləyirdi”, - İ.Kobaxidze söyləyib.