
BAKI, 24 fevral. TELEQRAF
“Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi” (DOST) Füzuli DOST Mərkəzi üçün mebel və avadanlıqların alınması məqsədilə açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tenderin ehtimal olunan ümumi dəyəri 113,105.15 AZN-dir. Tender çərçivəsində iş masaları, kreslolar, qonaq oturacaqları, printer masaları, iclas masası və mətbəx mebeli daxil olmaqla müxtəlif avadanlıqların satın alınması planlaşdırılır.
Ümumilikdə 56 ədəd müxtəlif mebel və avadanlıq alınacaq. Mebel məhsulları əsasən laminat materialdan hazırlanacaq və palıd rəngində olacaq.
Qeyd edək ki, zərflər 18 mart 2025-ci ildə açılacaq . Tenderdə iştirak haqqı 250 AZN, sənədlərlə tanışlıq üçün isə istifadə haqqı 25 AZN təşkil edir.