BAKI, 25 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp tezliklə Rusiya və Ukraynadan olan həmkarları Vladimir Putin və Volodimir Zelenski ilə görüşə bilər.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit məlumat verib.

“Bu görüşlərin çox tezliklə baş tutacağını gözləyirik, xüsusən də Prezident Zelenski ilə”, - sözçü deyib.

Levitin sözlərinə görə, Tramp həm də ABŞ və Ukrayna arasında faydalı qazıntılar üzrə sazişin imzalanmasına nail olmaq istəyir. O vurğulayıb ki, Tramp Zelenskinin sazişi imzalamasını gözləyir, Amerika vətəndaşlarının Ukraynaya verdikləri nəzərə alanda, bu, düzgün addım olardı.

“Amerikalılar olmasaydı, Ukrayna bir dövlət kimi artıq mövcud olmazdı, Prezident Tramp bunu anlayır”, - Ağ Evin mətbuat katibi əlavə edib.