BAKI, 25 fevral. TELEQRAF
Bu il sosial xidmətlərlə bağlı interaktiv xəritə təqdim olunacaq.
Teleqraf xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov deyib.
O bildirib ki, istənilən vətəndaş xəritəyə daxil olmaqla ölkə ərazisində hansı növ sosial xidmət müəssisəsinin fəaliyyət göstərdiyini müəyyənləşdirə bilər.