BAKI, 24 fevral. TELEQRAF

"Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsi avtomobil nəqliyyat vasitələrinin satın alınması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, tender nəticəsində 10 ədəd minik avtomobilinin alınması nəzərdə tutulub. Bunun üçün ehtimal edilən qiyməti 220 min manatdır.

Müsabiqədə iştirak haqqı isə 350 təşkil edir.

Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi aprelin 17-dir. Zərflər də həmin gün açılacaq.