
BAKI, 25 fevral. TELEQRAF
"Tesla"nın Avropa İttifaqı ölkələrindəki satışları 2025-ci ilin yanvarında 50,3 faiz azalaraq 7 517-ə düşüb. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 15 130 ədəd olub.
Teleqraf xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) məlumat yayıb.
"Tesla"nın satışlarında kəskin geriləmə qeydə alınsa da, ümumilikdə elektrikli avtomobil bazarı artım tempini qoruyub.
Yanvarda tam elektrikli avtomobillərin satışları 34 faiz, hibrid elektrik avtomobillərinin satışları isə 18,4 faiz artıb.
Digər tərəfdən, Plug-in hibrid (PHEV) modellərinin satışlarında isə əksinə, 8,5 faizlik azalma müşahidə olunub.
Yanvarda bütün hibridlər də daxil olmaqla elektrik avtomobillərinin satışı yeni avtomobil satışlarının 57,2 faizini təşkil edib. 2024-cü ilin yanvarında bu göstərici 47,4 faiz olub.
Qeyd edək ki, ümumilikdə, yanvarda Avropada avtomobil satışları 2,1 faiz azalıb.