
BAKI, 24 fevral. TELEQRAF
“Azərişıq” Açıq Səhmdar Cəmiyyəti “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində ötən ilki 98.31%-lik rekord nəticəsini yeniliyərək bu il də 99.60% rekord nəticə əldə edib.
Teleqraf xəbər verir ki, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən 2024-cü ildə 37 mərkəzi icra hakimiyyəti orqanının 167, 23 yerli icra hakimiyyəti orqanının 89 və 15 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə 300 xidmət qiymətləndirilib.
Qeyd edək ki, “Azərişıq” ASC vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə xidmətləri onlayn platformaya inteqrasiya etmiş və göstərdiyi 18 adda xidmətdən 15 xidmət üzrə e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət etmək imkanı yaradib.