BAKI, 25 fevral. TELEQRAF

Rusiya ilə ABŞ arasında gələcək danışıqların mövzusu Moskvanın Ukraynadakı müharibəni dayandırmaq üçün nə edə biləcəyi sualı olmalıdır. Öz növbəsində bu sual Ukrayna hakimiyyətinə verilməlidir.

Teleqraf xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio deyib.

O iddia edib ki, ABŞ BMT Baş Assambleyasında Rusiyanı Ukraynadakı müharibəyə görə pisləyən qətnamə “antaqonist və müharibənin dayandırılmasına yönəlmiş səylərə zidd” olduğu üçün onun əleyhinə səs verib.

Rubio Prezident Donald Trampın “həddindən artıq çox insanın öldüyünə” inandığı üçün müharibəyə son qoymaq istədiyini açıq şəkildə ifadə etdiyini bildirib.

Dövlət katibi, həmçinin “BMT-də hər hansı tərəfə qarşı antaqonist səylər”i xoşagəlməz adlandırıb:

“Biz onları danışıqlar masası arxasında oturtmağa çalışdıq. Təəssüf ki, Ukrayna bununla razılaşmadı və öz mövqeyində qalmaq istədi. Ardınca biz Təhlükəsizlik Şurasına öz kompromisimizlə getdik, məncə, bu, çox ədalətli ifadədir, buna görə, müharibə dəhşətli bir şeydir”.

Bundan əlavə, ABŞ dövlət katibi Trampı “sülhsevər prezidenti” adlandırıb və vurğulayıb ki, Ukraynada müharibə bir neçə həftəyə bitə bilər.

Rubio hesab edir ki, ABŞ ruslardan başlayaraq, hər iki tərəfi danışıqlar masasında oturtmalıdır. O əlavə edib ki, Amerika nümayəndə heyəti ötən həftə Rusiya tərəfi ilə görüşüb və burada görüşün əsas sualı belə olub:

“Siz bu münaqişənin sona çatmasında maraqlısınız, ya yox? Bir çox insanlar bu sualın cavabını bilmir. Bəzi avropalılarla danışsanız, Putinin müharibəni dayandırmaqda maraqlı olmadığını söyləyəcəklər. Onlar (ruslar) isə maraqlı olduqlarını deyirlər, amma müəyyən şərtlər daxilində. Biz bu şərtlərin nə olduğunu müzakirə etməmişik. Ona görə də növbəti addım nə vaxtsa onlarla, lazımi insanlarla görüşmək və müharibəni dayandırmaq üçün nə etmək lazım olduğunu izah etməyə başlamaqdır”.