BAKI, 25 fevral. TELEQRAF

“Şagirdin yerdəyişməsi üçün müraciət edilən məktəbdə xarici dil ilə bağlı uyğunsuzluq olarsa, imtina verilir”.

Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə canlı yayım zamanı deyib.

O bildirib ki, digər bir əsas səbəb yaşayış ünvanı ilə bağlıdır: “Bəzən təqdim olunan arayışda qeyd edilən ünvan məktəbin mikroərazisinə daxil olmur. Ucqar ərazilərdə alternativ məktəb yoxdursa, bu zaman şagird yerdəyişməsi təsdiqlənə bilər”.