
BAKI, 24 fevral. TELEQRAF
Energetika Nazirliyi 2024-cü ildəki fəaliyyətinə əsasən “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 37 mərkəzi icra hakimiyyəti orqanı arasında 71,25 faiz göstərici ilə 3-cü yerdə qərarlaşıb.
Bu barədə Teleqraf-a Nazirlikdən məlumat verilib.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən təşkil olunmuş təqdimat mərasimində Nazirliyə müvafiq sertifikat təqdim olunub.
Qeyd edək ki, ötən il 67,81 faizlə 4-cü yeri tutan Energetika Nazirliyi xidmət keyfiyyətinin artırılması sahəsində atılan mühüm addımlar sayəsində ilk üçlüyə yüksəlib.