BAKI, 24 fevral. TELEQRAF

Bakı Mühəndislik Universiteti aviabiletlərin satınalınması ilə bağlı açıq tender elan edib.

Teleqraf xəbər verir ki, aviabiletlərin satınalınması ilə bağlı tenderin ehtimal olunan qiyməti 336 min 407,50 manatdır.

Biletlərin 16 avqust 2025 tarixində 115 nəfər üçün Bakı - İnçon (Seul) istiqamətində, 21 iyun 2025 tarixində isə 83 nəfər üçün İnçon (Seul) - Bakı istiqamətində ekonom klass olaraq satınalınması nəzərdə tutulub.

Müsabiqədə iştirak haqqı 350 manatdır. Tenderlə bağlı təkliflərin son təqdim olunma tarixi martın 18-dir. Zərflərin də həmin gün açılması nəzərdə tutulub.

Qeyd edək ki, bu istiqamətlərdə biletlər bir nəfər üçün minimum 690 manatdan başlayır.