TBİLİSİ, 25 fevral. TELEQRAF

“Gürcüstan “dərin dövlət”in heç bir müdaxiləsi olmadan hazırlanmış ABŞ-nin qətnaməsini dəstəkləyib”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Gürcüstan hökuməti bu planın çox tezliklə uğurlu olacağına ümid edir.

“Biz son üç il ərzində müxtəlif beynəlxalq formatlarda qəbul edilmiş, Rusiyanın Ukraynaya hərbi təcavüzünü pisləyən, Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən 600-dən çox sənədə qoşulmuşuq. Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır”, - baş nazir əlavə edib.