
BAKI, 25 fevral. TELEQRAF
"Bələdiyyələrin sosial xidmətlərə cəlb olunmasına ehtiyac var".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin deputatı Əziz Ələkbərov Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
O bildirib ki, bəzən sosial işçi mənzillərə gedən zaman qovulur, təhdid olunur:
"Yaxşı olardı ki, onlarla yanaşı bələdiyyə üzvləri və ya müvafiq icra hakimiyyətinin nümayəndələri də iştirak etsin. Bələdiyyələr öz ərazisindəki insanları daha yaxşı tanıyırlar. Sosial işçilər evlərə gedən zaman onların yanında bələdiyyə və icra işçilərinin olması daha faydalı olar”.