BAKI, 21 fevral. TELEQRAF

Dəmir filizi qiymətləri dörd ayın zirvəsinə yüksələrək 110 dollar həddinə çatıb.

Teleqraf xəbər verir ki, buna səbəb Çinin Maliyyə naziri Lan Fo’anın "People's Daily" qəzetinə açıqlamasında hökumətin iqtisadi inkişafı dəstəkləmək üçün daha proaktiv fiskal siyasət yürüdəcəyini bəyan etməsi olub.

Hazırda qiymətlər hər ton üçün 110 dollara yaxınlaşaraq, fyüçers bazarlarında həftəlik 2%-dən çox artımla 8 oktyabrdan bəri ən yüksək səviyyəyə çatıb.

Eyni zamanda, qiymət artımına təsir edən digər amillər Avstraliyada müşahidə olunan pis hava şəraiti və Çinin daşınmaz əmlak sektorundakı canlanma siqnalları olub