BAKI, 21 fevral. TELEQRAF

İqtisadiyyat nazirinin müavini Anar Axundov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Teleqraf-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə ölkələrimiz arasında iqtisadi əməkdaşlığın gündəliyində duran məsələlər, o cümlədən iqtisadi-ticarət əlaqələrinə dair fikir mübadiləsi aparılıb.