BAKI, 22 fevral. TELEQRAF

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Almaniya XİN rəhbəri Annalena Berbokun “ABŞ- yə təzyiqi artırmaq lazımdır” sözlərinə ironiya ilə cavab verib.

Teleqraf xəbər verir ki, Zaxarova öz "Telegram" kanalındakı paylaşımında yazıb: "Ölkədə 30 min Amerika əsgəri var. Almaniyadakı nüvə silahlarına belə almanlar nəzarət etmirsə, Berlin ABŞ-yə hansı təzyiqi göstərə bilər?"