BAKI, 22 fevral. TELEQRAF

"Keçmiş ABŞ prezidenti Co Baydenin iş performansı yalandan ibarət olub".

Teleqraf xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt paytaxtda mühafizəkarların konfransında çıxışı zamanı deyib.

“Jurnalistlərlə bu barədə danışdığınız zaman onlar sizə irad tutacaqlar. Baydenin bacarıqsız olduğunu bildiklərini, Ağ Ev işçilərinin günortaya qədər görünmədiyini üzünüzə deyəcəklər. Heç bir iş görülməyib. Heç kim kimin nədən məsul olduğunu bilmirdi", - Ağ Evin mətbuat katibi deyib.