BAKI, 21 fevral. TELEQRAF

Əmtəə bazarlarında təbii qaz fyuçerslərinin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1.95% artaraq 4.2328 ABŞ dollarına bərabər olub.

Teleqraf xəbər verir ki, Niderlandın "Title Transfer Facility"də (TTF) qazın meqavat-saatının dəyəri 0,10% artaraq 47,47 avroya bərabər olub.

Qeyd edək ki, təbii qazın dəyəri TTF-də həftəlik olaraq 6.63% ucuzlaşıb.