BAKI, 22 fevral. TELEQRAF

İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyi Departamenti (DOGE) hələ tammiqyaslı əməliyyatlara başlamazdan əvvəl ABŞ büdcəsində milyardlarla dollarlıq maliyyə pozuntusunu aşkar edib.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Yanvarın 20-də inauqurasiyadan dərhal sonra DOGE dövlət xərclərinin geniş miqyaslı auditinə başlayıb. Tramp deyib ki, qurum heç kimin görmədiyi səviyyədə israf, saxtakarlıq və sui-istifadə halları aşkar edib. Agentlik artıq ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) yenidən təşkili üçün fəaliyyətini dayandırıb və 55 milyard dollara qənaət edib.

“İlon bir çox insanın cəsarət edə bilməyəcəyi işlər görür. Biz milyardlarla dollar maliyyə pozuntuları tapırıq - miqyasına inanmayacaqsınız. Biz hələ ki, işə başlamamışıq",- Prezident jurnalistlərə deyib.