
BAKI, 22 fevral. TELEQRAF
Polşanın xarici işlər naziri Radoslav Sikorski ABŞ-nin Avropadakı hərbi kontingentini ixtisar edəcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, bu barədə o, ABŞ Dövlət katibi Marko Rubio ilə görüşdən sonra bildirib.
“Əgər söhbət Pentaqonun büdcəsinin azaldılmasından gedirsə, təbii ki, bu, biz istəməsək də Avropaya təsir edə bilər”, - Polşalı nazir Vaşinqtonda mətbuat konfransında bildirib.
Diplomat həmçinin Rubio ilə Avropa qoşunlarının Ukraynaya göndərilməsi məsələsini müzakirə etmədiyini deyib.