
BAKI, 21 fevral. TELEQRAF
Bu ilin yanvarında Azərbaycanın Böyük Britaniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 11,9 dəfə artaraq 193,9 milyon dolları üstələyib.
Bu barədə Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, Azərbaycandan Böyük Britaniyaya ixrac 73,5 milyon dollar (165,8 dəfə artım), Böyük Britaniyadan Azərbaycana idxal isə 120,4 milyon dollar (7,6 dəfə artım) təşkil edib.
Cari ilin ilk ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Böyük Britaniya ilə ticarətin payı 3,81 faiz təşkil edib ki, bu da bir il öncəki göstəricidən 3,27 faiz bəndi çoxdur.