
BAKI, 22 fevral. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında XXIV turun daha iki matçı keçiriləcək.
Teleqraf xəbər verir ki, günün ilk qarşılaşmasında “Araz-Naxçıvan” “Səbail"i qonaq edəcək.
“Dənizçilər” Muxtar Respublika təmsilçisi ilə bütün səfər oyunlarında qol vurub. “Araz-Naxçıvan” isə son iki qarşılaşmada qalib gəlib.
“Səbail” 17 xalla autsayder, “qurdlar” 44 xalla turnir cədvəlinin ikincisidir.
Günün ikinci oyununda “Qarabağ” “Sabah”ı qəbul edəcək.
Ağdam təmsilçisi Masazır klubu ilə son 8 oyunda qol vurub. “Sabah” “Qarabağ” səfərində heç vaxt qələbə qazanmayıb.
“Köhlən atlar” 56 xalla Premyer Liqanın vahid lideri, “bayquşlar” isə 32 xalla 5-cidir.
Qeyd edək ki, tura 23 fevralda son 2 oyunla yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXIV tur
22 fevral
16:00. "Araz-Naxçıvan" – "Səbail"
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Asif Əliyev
"Liv Bona Dea Arena".
19:00. "Qarabağ" – "Sabah"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamranbəy Rəhimov
VAR: Rəşad Əhmədov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Tofiq Bəhramov adına Respublika Stadionu.