
BAKI, 22 fevral. TELEQRAF
Böyük Britaniya hökuməti fevralın 24-də Rusiyaya qarşı yeni sanksiyaları və Ukraynaya hərbi yardımı elan etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" nəşri məlumat yayıb.
“Biz həmişə bəyan etmişik ki, Ukraynaya mümkün olan bütün köməkliyi etmək istəyirik. İstər danışıqlarda, istərsə də hərbi əməliyyatların davam etdirilməsində Kiyevi dəstəkləyirik", - nəşrin mənbəsi deyib.
Qeyd olunur ki, Baş nazir Kir Starmerin kabineti ABŞ və Ukrayna arasında münasibətlərdə yaranan mürəkkəbliyə baxmayaraq, Ukraynaya dəstək kursunu davam etdirmək niyyətindədir.