
BAKI, 22 fevral. TELEQRAF
Donald Tramp ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braunu vəzifəsindən azad etdiyini açıqlayıb.
Teleqraf xəbər verir ki, prezident bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
Ağ Evin rəhbəri ölkə qarşısında 40 ildən artıq xidmətinə görə ona təşəkkür edib. O, Braunu centlmen və görkəmli lider adlandırıb. Bundan əlavə, Amerika lideri generala və ailəsinə xoş gələcək arzulayıb.
O, həmçinin ABŞ Hərbi Hava Qüvvələrinin general-leytenantı Den Razin Keynin bu vəzifəyə namizədliyini irəli sürdüyünü bildirib. İndi onun namizədliyi Senat tərəfindən təsdiqlənməlidir.