.jpg)
BAKI, 22 fevral. TELEQRAF
Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot fevralın 22-də Parisdə Fransanın Aİ- dən çıxması (Frexit) üçün genişmiqyaslı nümayiş keçirəcəyini açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb.
Partiya lideri belə bir addımın ölkənin suverenliyini müdafiə etməyə imkan verəcəyini vurğulayıb.
Filippotun sözlərinə görə, Frexit Fransanın ABŞ Prezidenti Donald Trampın “Öncə Amerika” siyasətinin ekvivalenti olacaq .
“Aİ-dən çıxmaq həqiqət anıdır. Biz sərhədlərə, qanunlara və iqtisadiyyata nəzarəti bərpa etməliyik. Bu şənbə Frexit üçün böyük bir milli nümayiş keçiriləcək. Brüsselin diktəsindən qurtulmağın vaxtı çatıb ”, - deyə siyasətçi bildirib.