
BAKI, 21 fevral. TELEQRAF
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan 79 ədəd müxtəlif növ avadanlıqlar aprelin 1-də saat 10:00-da hərraca çıxarılacaq.
Teleqraf Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, avadanlıqların start qiyməti 5580 manatdır.
Əmlaklara baxış hərracın keçirilmə tarixinədək hər həftənin cümə günü saat 15:00-17:00-a kimi keçiriləcək.
Qeyd edək ki, hərracda iştirak etmək üçün öncədən 10 faiz beh tələb olunur. Beh "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin hesabına köçürülməlidir.