BAKI, 21 fevral. TELEQRAF

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin Rabitə Texnologiyaları Klasterinin İdarə Heyəti və bu sektorun iş adamları ilə görüş keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Orxan Məmmədov sosial şəbəkə hesabında qeyd edib.

Tərəflər ölkəmizin rabitə texnologiyaları sahəsinin investisiya potensialı, yerli KOB-larla əməkdaşlıq imkanlarını müzakirə edib, sektora dövlət dəstəyi barədə məlumat verilib.