BAKI, 19 fevral. TELEQRAF

Bu ilin yanvar ayında Azərbaycanın çay idxalı ixracını dəfələrlə üstələyib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, yanvar ayında ölkəyə çay idxalı 1,3 min ton, ixracı isə 51,64 ton olub.

Hesabat dövründə çay ixracı Azərbaycanın ümumi ixracının 0,02 faizini, çay idxalı isə ölkənin ümumi idxalının 0,40 faizini təşkil edib.

Ötən il ərzində ölkəyə 14 min 387 ton çay idxal edilib, 747 ton çay isə ixrac edilib.