
BAKI, 3 mart. TELEQRAF
“Şaxtyor”un baş direktoru Sergey Palkin Ukraynadakı hadisələrə görə əcnəbi futbolçuların klubu pulsuz tərk etmələrinə icazə verdiyi üçün FIFA-nı növbəti dəfə tənqid edib.
Teleqraf xəbər verir ki, Palkin “The Athletic”ə açıqlamasında ali futbol qurumunun ünvanına sərt ittihamlar səsləndirib.
Donetsk klubunun rəhbəri bildirib: “FIFA davamlı olaraq “Biz bir ailəyik” deyir. O ailə haradadır? Ola bilsin ki, Ukrayna FIFA nöqteyi-nəzərindən “bir ailənin” tərkibində deyil. Onların danışdıqları birliyi münaqişənin əvvəlindən hiss etməli idik. Amma bunu görmədik”.