BAKI, 2 mart. TELEQRAF

Azərbaycan qılıncoynatma ailəsinə ağır itki üz verib.

Teleqraf xəbər verir ki, ötən gün Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Fərhad Kasimov 61 yaşında dünyasını dəyişib.

Onun qəfil ürəktutmasından vəfat etdiyi bildirilir.

Allah rəhmət eləsin!