
BAKI, 2 mart. TELEQRAF
Sərbəst güləş üzrə üçqat olimpiya çempionu Buvaysar Saytiyev 50 yaşında vəfat edib.
Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili məlumat verib.
“Mash” teleqram kanalının məlumatına görə, Saytiyev evdə tiryəkdən zəhərlənib və Moskva xəstəxanalarından birində dünyasını dəyişib.
Məşhur güləşçinin ağciyər xəstəliyindən yaranan ağrıları azaltmaq üçün opiat tərkibli dərmanlardan istifadə etdiyi bildirilir.
Qeyd edək ki, Saytiyev 74 kq çəki dərəcəsində 1996, 2004 və 2008-ci illərdə Olimpiya qızılını qazanıb. Onun dünya və Avropa çempionatlarında isə 6 qələbəsi var.