BAKI. 17 fevral. TELEQRAF

“Bu oyunu aktivimizə yaza bilmərik”.

Teleqraf xəbər verir ki, bu sözləri “Sabah” komandasının baş məşqçisi Vasili Berezutski səfərdə "Səbail"lə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasınln XXIII tur matçından sonra mətbuat komfransında deyib.

Rusiyalı mütəxəssis xal itkisində "Bayıl Arena"nın süni örtüklü olmasının da rol oynadığını bildirib: "Turnir cədvəlində yuxarı pillədəki komandalara qarşı daha yaxşı oynayırıq. Rəqibin cərimə meydançasında bir neçə qol epizodumuz oldu, amma istifadə edə bilmədik. Burada süni meydança amili də var”.

Qeyd edək ki, hazırda “Sabah” 32 xalla hazırda turnir cədvəlinin beşinci pilləsində yer alıb.