BAKI, 3 mart. TELEQRAF

Futzal üzrə Azərbaycan millisi AVRO-2026-nın əsas mərhələsində Yunanıstana qarşı keçirəcəyi oyun üçün təlim-məşq toplanışına start verib.

Teleqraf xəbər verir ki, toplanış martın 8-dək Bakıda olacaq.

Baş məşqçi Vitali Borisov 3-ü qapıçı olmaqla 16 futzalçıya dəvət göndərib. Onlardan biri legioner, biri isə klubsuz oyunçudur.

Milli komanda səfərə martın 9-da çıxacaq.

Qeyd edək ki, martın 11-də Afinada keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.

Toplanışa dəvət almış futzalçıların siyahısı:

1

Emin Kürdov

Araz-Naxçıvan

2

Rövşən Hüseynli

Astana (Qazaxıstan)

3

Novruz Kazıxanov

Araz-Naxçıvan

4

Emil Həsənzadə

Neftçi İK

5

Xəzər Ağalızadə

Araz-Naxçıvan

6

Tofiq Mikayılov

Baku Fire

7

Kənan Manafov

Baku Fire

8

Oktay Rüstəmli

Baku Fire

9

Nihad İsmayılov

Baku Fire

10

Fərid Atakişiyev

Neftçi İK

11

Ülvi Əliyev

Araz-Naxçıvan

12

Eldar Zeynalov

Neftçi İK

13

Seymur Məmmədov

Klubsuz

14

Nurlan Mehdizadə

Baku Fire

15

Kamran Hacıyev

Baku Fire

16

Murad Quluzadə

Baku Fire