
BAKI, 15 fevral. TELEQRAF
Şahmat üzrə Azərbaycan çempionatı bu gün sona çatacaq.
Teleqraf xəbər verir ki, fevralın 14-də keçirilən görüşlərdən sonra qaliblərin tay-breyklərdən sonra bəlli olacağı müəyyənləşib:
Kişilərin çempionatı
Final
Rauf Məmmədov - Şəhriyar Məmmədyarov 0,5:0,5 (ümumi hesab 1:1)
Qadınların çempionatı
Final
Gövhər Beydullayeva - Günay Məmmədzadə 0:1 (ümumi hesab 1:1)
3-cü yer uğrunda görüş
Gülnar Məmmədova - Ülviyyə Fətəliyeva 1:0 (ümumi hesab 1:1)
Qeyd edək ki, kişilərin yarışında qalib 20 min, qadınlarda isə 10 min manat qazanacaq.