
BAKI, 1 mart. TELEQRAF
Azərbaycanda “Barselona” futbol akademiyası yaradılacaq.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycanda səfərdə olan “Barselona” Futbol Klubunun prezidenti Xuan Laporta Prezident İlham Əliyevlə görüş zamanı deyib.
Qeyd olunub ki, bu gün akademiyanın yaradılması ilə bağlı sənəd imzalanacaq.
Görüşdə akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.