BAKI, 1 fevral. TELEQRAF

Fevralın 28-dən martın 1-dək Almaniyanın Frankfurt şəhərində Avropa Olimpiya Komitələrinin 54-cü Baş Assambleyası keçirilir.

Teleqraf xəbər verir ki, tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov iştirak edirlər.

Tədbir çərçivəsində Milano-Kortina 2026 Qış Olimpiya Oyunları, İstanbul 2027 Avropa Oyunları və AOK-un “Strategiya Gündəliyi - 2030” kimi vacib mövzular gündəmdədir. Bundan əlavə, “Ən yaxşı avropalı gənc atlet” üçün “Pyotr Nurovski” mükafatı və Avropa Olimpiya Komitəsinin “Olimpiya çələngi” mükafatı təqdim ediləcək.