BAKI, 18 fevral. TELEQRAF

Fevralın 18-də Milli Oimpiya Komitəsinin lX Hesabat-seçki Baş Məclisi keçirilib.

Teleqraf xəbər verir ki, Baş Məclisdən sonra MOK-un yeni seçilmiş İcraiyyə Komitəsinin ilk iclası olub.

İclasda Azər Əliyev Milli Olimpiya Komitəsinin baş katibi, Çingiz Hüseynzadə vitse-prezident, İcra Aparatının rəhbəri, Zemfira Meftaxetdinova və Fərid Mansurov MOK-un vitse-prezidentləri seçiliblər.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İcra Aparatının rəhbəri, Çingiz Hüseynzadə İcraiyyə Komitəsinin yeni seçilmiş üzvlərini təbrik edərək, onlara ölkəmizdə idman və Olimpiya Hərəkatı sahəsindəki fəaliyyətlərində uğurlar arzulayıb.