
BAKI, 7 mart. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri 2 xilasetmə əməliyyatı keçirib.
Nazirlikdən Teleqraf-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində 2 nəfərə müvafiq köməklik göstərilib.