
BAKI, 7 mart. TELEQRAF
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində yerləşən beşmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf-a verilən məlumata görə, nazirliyin Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri hadisə yerinə cəlb olunub.
Yanğın beşmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsindəki mənzildə baş verib. Sakinlərdən bir neçəsi binanı tərk edə bilməyib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Həmçinin, xüsusi təyinatlı texnikanın - avtokranın tətbiqi ilə yuxarı mərtəbələrdə təhlükədə qalmış sakinlər xilas ediliblər.
Yanğın nəticəsində ümumi sahəsi 40kv.m. olan ikiotaqlı mənzilin yanar konstruksiyaları yanıb, yüksək temperaturdan ümumi dəhlizin divarları 20kv.m. sahədə deformasiya edib.
Digər mənzillər yanğından mühafizə olunub.