
MİNGƏÇEVİR, 7 mart. TELEQRAF
Mingəçevirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə bu gün axşam saatlarında şəhərin 20 Yanvar küçəsində qeydə alınıb.
"Nissan" markalı minik maşını yolu keçmək istəyən piyada 1959-cu il təvəllüdlü Əliyev İlham Adil oğlunu vuraraq öldürüb.
Faktla bağlı araşdırma başlanıb.