​​​BAKI, 7 mart. TELEQRAF

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Müşahidə kamerasının qeydə aldığı görüntüyə əsasən motosiklet sürücüsü svetoforun qadağanedici siqnalının tələbinə məhəl qoymayaraq gəldiyi sürətlə hərəkətə başlayan minik avtomobilinə çırpılır. Kəsişmədə piyada keçidindən keçən piyadalar isə qəzadan xilas olurlar.

Növbəti dəfə edilən diqqətsizlik, qaydalara əməl edilməməsi xəsarətlə nəticələnən ağır qəzanın baş verməsi ilə yanaşı, kəsişmədə dəqiqələrlə nəqliyyat sıxlığı yaradır.

Təqdim etdiyimiz bu videoda olanlar bir daha göstərir ki, bəzi sürücülər svetoforun qırmızı işığından keçməklə, təkcə sürücü və sərnişinlərin yox, piyadaların da həyatını təhlükəyə atırlar.