
BAKI, 7 mart. TELEQRAF
Beyləqan rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinindən Teleqraf-a verilən məlumata görə, Beyləqan rayonunun Eyvazalılar kəndində ümumi sahəsi 60 m² olan tövlənin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 12 m² olan qamışdan ibarət hin və 360 m² sahədə qamışlıq yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bundan əlavə, Biləsuvar rayonunun Xırmandalı kəndində ümumi sahəsi 180 m² olan marketin tavanından keçən elektrik kabeli 1 paq.m yanıb. Yüksək temperaturdan lambirdən ibarət tavan 3 m² sahədə əriyib. Marketin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.