
BAKI, 8 mart. TELEQRAF
İstanbulda Mərmərə dənizində 270 metrlik “Mia” tankeri 130 metrlik “Orita” konteyner gəmisi ilə toqquşub.
Teleqraf xəbər verir ki, bu barədə "İHA" xəbər agentliyi məlumat yayıb.
Nəşrin məlumatına görə, toqquşma sahil zolağından doqquz kilometr aralıda baş verib. Hadisə nəticəsində tankerin ballast bölməsi dağılıb və çirkli su dənizə tökülüb.
Hadisə yerinə yedək gəmiləri göndərilib. Agentlik hadisə zamanı insan təlafatı olmadığını bildirib.