2027-ci ilin büdcə zərfi təsdiq edilib.
Teleqraf xəbər verir ki, parlamentin bugünkü iclasında da gələn ilin dövlət büdcəsinə daxil olan məsələlər müzakirə olunub.
Beləliklə, deputatlar və hökumət üzvləri bugünkü iclasda 2027-ci ilin büdcə zərfi birinci oxunuşda qəbul edilib.
Gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 38 milyard 518 milyon 425 min manat, yerli gəlirləri 735 milyon 575 min manat), xərcləri 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmiş xərcləri 41 milyard 664 milyon 425 min manat, yerli xərcləri 735 milyon 575 min manat) proqnozlaşdırılır.
Büdcədə 3 milyard 146 milyon manat kəsir yaranmalıdır ki bu da illik müqayisədə 1,7 % artıqdır. Həmçinin 2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin isə 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat olacağı gözlənilir.
Bunlar 2026-cı ilin təsdiq olunmuş proqnozlarına nisbətən müvafiq olaraq 5,9 % və 3,1 % çoxdur.
İcmal büdcədə 2 milyard 757,9 milyon manat kəsir olamlıdır ki, bu da illik müqayisədə 28,7 % azdır.