BAKI, 30 yanvar. TELEQRAF

“Arsenal” və Ukrayna millisinin sol müdafiəçisi Aleksandr Zinçenko bu gün “Ayaks”la müqavilə imzalayacaq.

Teleqraf Fabritsio Romanoya istinadən xəbər verir ki, Niderland təmsilçisi 30 yaşlı futbolçuya görə 1,5 milyon avro ödəyəcək.

Üstəlik, futbolçunun Çempionlar Liqasındakı çıxışları ilə bağlı bonuslar da əlavə olunacaq. Zinçenkonun gün ərzində Amsterdama gəlməsi gözlənilir.

Qeyd edək ki, cari mövsümdə Aleksandr Zinçenko 10 oyunda iştirak edib, heç nə ilə yadda qalmayıb. 30 yaşlı futbolçu “Nottingem Forest”də icarə əsasında çıxış edir.